4 • AKRİPOL BAZKAT BOYA

Qrup: Rəng

Kod: 4     Marka: Akripol     Sistem: Baz Kat

Avtomobillərin və onların hissələrinin boyanması üçün təkminləşdirilmiş yüksək örtücülüyü olan Metalik düz və Sədəfli Bazkatdır. Akripol Bazkat Boya ilə Akripol Universal Akrilik Tiner birlikdə dəst olaraq istifadə olunur və üzərinə Akripol 2K Vernik, Akripol 2K Sərtləşdirici və Akripol Universal Akrilik Tiner dəst olaraq istifadə olunur.

Akripol Bazkat Boya altına, Akripol 2 komponentli Akrilik Astarlar (4+1 Astar,411 Astar, 5+1 Astar 511 Astarları və.s) vurulur. Qurudukdan sonra üzəri P 500, P600,P800,P1000 sulu zımpara ilə hamarlanır. Sonra Akripol Yüzey Təmizləmə Tineri ilə kiri, yağı, tozu silinərək təmizlənir. 5 dəq sonra Boyamağa başlamaq olar.
İstifadəsi:


Akripol Bazkat Boyanı istifadə etməzdən əvvəl yaxşı qarışdırın və qaba tökün. Boyanı istifadəyə hazırlayarkən ölçü çubuğundan istifadə edərək lazım olan miqdarda Akripol Universal Tineri düzgün ölçüdə (100:100 az vəya çox olmayaraq) qarışdıraraq hazırlayın. Boya Süzgəcindən istifadə edib tapança qabına doldurun. Üst qablı, ucu 1,3-1,4 mm olan tapança ilə boyayın. Qatlar arası 5-10 dəqiqə gözləyərək 2-3 tək yaş qat Tünd və Açıq rənglərə görə qat vurula bilər. Akripol Bazkat Boya vurulduqdan sonra mumlu bez ilə metalik tozları silinməlidir və 10 dəqiqə sonra üzərindən Akripol Vernikləri (DUROGLASS, MS XTRA, SUPER CLEAR, OPTİMA Vernik və.s sair AkzoNobel Vernikləri ilə) vurula bilər. Mumlu Bezlə metal tozları silinməzsə soyulma əmələ gələ bilər, və metal dənəcikləri dik qalar.

Akripol Bazkat Metalik Boyalarına Selilozik Tiner qatışdırmaq düzgün deyil.
Qarışdırma dərəcəsi      (Həcminə      görə:) 100 hissə  Akripol           Bazkat  Boya 100 hissə Akripol Universal Akrilik Tiner (sürətli/yavaş/ekstra yavaş)
Akripol Universal Tineri (sürətli / yavaş/ekstra yavaş) hava temperaturuna və işin həcminə və rəngin açıq və ya tündlüyünə görə qarışdırılır. 


Əks Təsirləri: Akripol Bazkat Boyaya Akripol Universal Tineri göstərilən ölçüdən az və ya çox qatılarsa Boya yaxşı yayılmaz,metalik dənəcikləri dik qalar, Boya canlı görünməz.

Metalik Boya boyandıqdan sonra Mumlu Bezlə metal tozları silinməzsə gelecek zamanlarda soyulma əmələ gələ bilər. Selilozik Tinerlə boyanarsa kölgələnmə, yamaq kənarında qalıq, qaralma, metalik dənəciklərin dik qalması və Vernikin soyulması, daha çox Vernik dəstinin istifadəsi və s. xətalar baş vere biler.

Qarışımın qab ömrü: 200C-də 24 saat

Qablaşdırma: 1 L, 2,5 Kg